Balakəndə sərbəst güləş üzrə açıq rayon birinciliyinə yekun vurulub
Balakən Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyinə dekabrın 25-də yekun vurulub.

Rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunan ikigünlük yarışda balakənli idmançılarla yanaşı, Qax və Zaqatala rayonlarını, həmçinin Mingəçevir şəhərini təmsil edən 150-dək yeniyetmə güləşçi gücünü sınayıb. İdmançılar 11 çəki dərəcəsində mübarizə aparıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 660 dəfə oxundu.