“Qəbələ” Antalyadakı təlim-məşq toplanışında üç sınaq matçı keçirəcək
“Qəbələ” futbol klubunun qış fasiləsində Türkiyədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri dəqiqləşib.

“Qəbələ” Antalyadakı təlim-məşq toplanışında üç sınaq matçı keçirəcək. Komandamız ilk oyununu yanvarın 13-də Albaniyanın “Partizani” klubuna qarşı keçirəcək. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda yanvarın 18-də Rumıniyanın “Qaz Metan” klubu ilə qarşılaşacaq. Son oyunda isə “Qəbələ”nin rəqibi Makedoniyanın “Şkendiya” komandası olacaq. Bu matçın yanvarın 24-də oynanılacağı planlaşdırılır.

“Qəbələ”nın Antalyadakı toplanışı yanvarın 9-dan 25-dək davam edəcək.

Xəbər 857 dəfə oxundu.