Futzal üzrə Türkmənistan millisi Bakıda təlim-məşq toplanışını davam etdirir
Futzal üzrə Türkmənistan millisi Bakıda təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Bakının “Yasamal” komandası ilə qarşılaşan Türkmənistan millisi 8:3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Türkmənistan millisi daha əvvəl “Araz” komandasına 3:4 hesabı ilə məğlub olub, “Neftçi” ilə heç-heçə (5:5) edib.

Xəbər 821 dəfə oxundu.