Toni Kroos "Yuventus" komandasına keçə bilər
Almaniya millisinin və “Real Madrid” klubunun futbolçusu Toni Kroos İtaliyanın “Yuventus” komandasına keçə bilər.

Turin təmsilçisinin qarşı tərəfə 90 milyon avroluq rəsmi təklif göndərəcəyi bildirilir.

Xatırladaq ki, 2014-cü ildə Almaniyanın “Bavariya” komandasından “kral” klubuna transfer olunan T.Kroos “qalaktikos”un heyətində keçirdiyi 119 oyunda 4 dəfə fərqlənib.

Xəbər 1182 dəfə oxundu.