Beynəlxalq Açıq Antalya Kuboku keçirilib
Türkiyənin Antalya şəhərində Avropa Muay Tay Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Açıq Antalya Kuboku keçirilib.

İyirmi ölkədən 300-dən artıq idmançının iştirak etdiyi yarışa Azərbaycan, Türkiyə, İran, Yunanıstan, Gürcüstan, Fələstin, Rusiya və Polşa komanda şəklində, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Litva, İraq, Qazaxıstan, Tailand, Almaniya, Haiti, Pakistan və Bolqarıstan isə fərdi şəkildə qatılıb. Milli komandamız bu yarışda 17 idmançı ilə təmsil olunub. İdmançılarımızdan biri - Qərb Universitetinin İdman Klubunun üzvü İlkin Mustafayev iranlı və yunan rəqiblərini məğlub edərək finalda ikinci yeri qazanıb.

Ümumi komanda hesabında idmançılarımız 4 qızıl, 8 gümüş və 5 bürünc medalla ikinci yeri tutublar.


Xəbər 777 dəfə oxundu.