Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika turnirinə yekun vurulub
Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika üzrə beynəlxalq turnirə yekun vurulub.

Ağır Atletika Akademiyasının yarış zalında keçirilən “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir başa çatıb.

Turnirdə körpücük üzərinə son olaraq veteran atletlər çıxıblar. Maraqlı idman mübarizəsinin sonunda qızıl medala türkiyəli atlet, 68 yaşlı Salih Süvar sahib olub. Gümüş medala Azərbaycan təmsilçisi Vladimir Jilyayev, bürünc medala isə israilli Tolik Muşik layiq görülüb.

Xatırladaq ki, sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilib. Yarışın təşkilində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirməsi, idmançıların ustalıq səviyyəsinin artırılması olub.

Turnirdə ümumilikdə 13 ölkədən atletlər mübarizə aparıb.

Xəbər 1053 dəfə oxundu.