Rəştdə ən yaxşımız Fərid Abbasovdur
İranın Rəşt şəhərində keçirilən beynəlxalq «Xəzər Kuboku»nda 5 tur geridə qalıb. İdman.com.az saytının xəbərinə görə, Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni 4 xalla 8-ci pillədə qərarlaşan Fərid Abbasov göstərir. 3,5 xalla Zaur Məmmədov 16-cı, Talib Babayev 19-cu, Ayaz Məmmədov 21-ci, Eldar Musayev 24-cü pillədədir. Turnir cədvəlinə maksimum xalla rusiyalı Oleq Korneyev başçılıq edir.

Xəbər 906 dəfə oxundu.