“Malaqa”nın baş məşqçisi istefa verib
“Malaqa”nın baş məşqçisi Xuande Ramos istefa verib.

İspaniya kubokunun 1/16 finalında “Kordoba”ya məğlubiyyətdən sonra Ramos bu addımı atmağa qərar verib.62 yaşlı məşqçinin yerinə kimin gətiriləcəyi hələ müəyyən olunmayıb. Xatırladaq ki, Ramos bu il “Malaqa” ilə 3 illik müqavilə bağlamışdı.

Qeyd edək ki, məlumatı klub rəhbərliyi də təsdiqləyib.

Xəbər 830 dəfə oxundu.