Azərbaycan triatlonçusu Avropanın ən yaxşısı seçilib
Avropa triatlonçuları üçün 2016-cı ilin yekun reytinq siyahısı açıqlanıb.

Kişilərin reytinq siyahısına Azərbaycan təmsilçisi Rostislav Pevtsov başçılıq edir. İdmançımız 1399 xalla Avropanın birincisidir.

Qadınların reytinq siyahısında isə aktivində 1066,11 xal olan təmsilçimiz Kseniya Levkovskaya 14-cü pillədə qərarlaşıb.

Xəbər 794 dəfə oxundu.