Samir Məsimov karyerasını Qazaxıstanda davam etdirə bilər
“Neftçi” futbol klubunun sabiq yarımmüdafiəçisi Samir Məsimov karyerasını Qazaxıstanda davam etdirə bilər.

Cari mövsümdə Sloveniyanın “Domjale” klubunda əsas heyətə düşə bilməyən futbolçu komandanı tərk edib. Yarımmüdafiəçi hazırda Qazaxıstanın “Okjetpes” komandasının Türkiyədə təşkil olunan təlim-məşq toplanışında baxışdadır.

Futbolçu yeni komandasının iki yoxlama görüşündə meydana çıxıb. O, Türkiyənin “Kunduspor” və Qazaxıstanın “Kaysar” komandaları ilə görüşdə “Okjetpes”in formasını geyinib.

Xəbər 718 dəfə oxundu.