Dünyanın ən yaxşı dəstəklənən klublarının siyahısı açıqlandı
ABŞ-ın nüfuzlu CNN telekanalı 2015-2016-cı il mövsümündə dünyanın ən yaxşı dəstəklənən klublarının siyahısını açıqlayıb.

İlk pillənin sahibi 80,761 nəfər orta göstərici ilə Almaniyanın “Borussiya Dortmund” futbol komandasıdır.

Siyahıda sonrakı yerləri “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya) və “Real Madrid” (İspaniya) klubları tutur.

Xəbər 679 dəfə oxundu.