“Neftçi” klubunun Müşahidə Şurası Kazbek Tuayevi təbrik edib
“Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev və üzvü Səməd Qurbanov SSRİ çempionatının bürünc medallarının qazanılmasının 50 illiyi münasibətilə veteran futbolçu Kazbek Tuayevi təbrik ediblər.

Tuayevə xatirə hədiyyəsi təqdim olunub.

Xatırladaq ki, o zaman "Neftyanik” adlanan klub 1966-cı ildə SSRİ çempionatını 3-cü pillədə başa vurmuşdu. Hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda baş tutmuş həlledici görüşdə komandamız Moskva "Spartak”ını 3:0 hesabı ilə məğlub etmişdi.

Xəbər 695 dəfə oxundu.