“Futbolçularımız sona qədər mübarizə apardı”
“Futbolçularımızın AzAL klubu ilə matçda nümayiş etdirdiyi oyundan razı qaldım”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdamlılar bu il ardıcıl 3-cü qələbəsini evdə AzAL üzərində 1:0 hesabı ilə qazanıb.

Gənc mütəxəssisin sözünə görə, oyunun rəqibin ilk "altılığ"a düşmək üçün son şansı olmağının matçın gedişinə təsir edib: “AzAL-ın axırıncı şansı olduğundan, oyuna yaxşı hazırlaşıb, sona kimi mübarizə apardı. Ancaq bizim futbolçular da sona qədər mübarizə apardı və çox vacib 3 xalı qazandı”.

Xəbər 851 dəfə oxundu.