“Bursaspor” bu gün ölkə kubokunda növbəti görüşünü keçirəcək
Millimizin futbolçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” bu gün ölkə kubokunda növbəti görüşünü keçirəcək.

Baş məşqçi Hamza Hamzaoğlu bir neçə futbolçunu heyətə daxil etməyib. 28 yaşlı hücumçunun zədəsinin olmamasına baxmayaraq, baş məşqçi əsas heyətin bir neçə üzvü kimi, Yılmaza da bu görüşdə istirahət verməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 15:00 baş tutacaq.

Xəbər 807 dəfə oxundu.