“Neftçi” Azərbaycan kubokunda yeni rekorda imza atıb
“Neftçi” Azərbaycan kubokunda yeni rekorda imza atıb.

“Ağ-qaralar” 16-cı dəfə yarımfinala yüksəlməklə bu göstəricidə rekordunu yeniləyib.

İki oyunun cəmində “Zirə”ni üstələyən (3:0, 1:2) Elxan Abdullayevin yetirmələri finalın bir addımlığınadək ən çox irəliləyən komandadı. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 14-cü dəfə yarımfinalda oynamaq hüququ qazanıb. Ağdamlılar buna “Sumqayıt”ı darmadağın etməklə nail olub – 6:0, 5:2.


Xəbər 667 dəfə oxundu.