Naxçıvanda güləş üzrə şəhər birinciliyi keçirilib
Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeniyetmə və gənclər arasında güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara məlumat verib və onları qarşıdan gələn bayram münasibətilə təbrik edib.

Beynəlxalq Güləş Federasiyasının qaydalarına uyğun olaraq təşkil edilən birincilikdə 50-dən çox idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Yekun nəticəyə əsasən, Nicat Ocaqquliyev, Mirsamir Seyidov, Uğur Məmmədov, Fərid Rzayev, Kəramət Xudiyev, Yasin Cəfərov, Heydər Heydərov, Ayxan İsmayılov, Rəvan Bayramov və Ramazan Əliyev müvafiq olaraq 26, 32, 35, 38, 42, 47, 53, 59, 66 və 73 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

Sonda qalib idmançılara diplomlar təqdim edilib.

Xəbər 634 dəfə oxundu.