Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri keçiriləcək
Dekabrın 22-27-də AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri keçiriləcək.

Daxili İşlər Nazirliyinin idman sarayında təşkil olunacaq yarışda “Şimşək”, “Birlik”, “Zirvə” və “Ümid” komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Xəbər 716 dəfə oxundu.