Aleksandr Starkov: "İlk hissədə yaxşı oynadıq"
"İki fərqli hissə izlədik. İlk yarıda komandam daha yaxşı oynadı və hesabı açdıq". İdman.com.az saytının məlumatına görə, bu sözü "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov "İnter"lə oyundan (1:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

Elvin Məmmədovun qırmızı vərəqə almasına toxunan latviyalı mütəxəssis bu haqda belə danışıb: "Azlıqda qaldıqdan sonra komandam zəif oynadı. Hər iki komandanın oyunçularına qırmızı vərəqə göstərilə bilərdi. Bununla belə, hakimlik haqda danışmaq istəmirəm.

Onu deyə bilərəm ki, Elvini itirdik. Ancaq qələbə hesabını qoruduqları üçün oyunçularıma təşəkkür edirəm. Komandada yerli futbolçularla heç bir problemim yoxdur. Sadəcə, bəziləri hazır deyil. "Neftçi" ilə oyunda da öz gücümüzü ortaya qoyacağıq".


Xəbər 1013 dəfə oxundu.