“Bakı” derbi qələbəsi ilə imicini geri qaytardı
Bu gün Unibank Premyer Liqasında XXII turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, bir gündə baş tutan matçların nəticələrindən sonra, ilk “altılığ”da mübarizə aparacaq bütün iştirakçılar bəlli olub. “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ”ın ardınca, “Bakı” ilə “Qəbələ” klubları da mükafatlar uğrunda yarışacaqlar.

Ümumiyyətlə, iddialılardan yalnız “İnter” büdrəyib. Qalan 5 komanda meydanı qalib tərk edib. Turda meydan sahibləri ilə qonaqlar eyni balansa malik olub. Belə ki, onlar hərəyə 3 qələbə qazanıb. Böyük hesablı qələbələrə isə səfər komandaları imza atıb. 6 matçın hər birində qolları bir komandanın vurmağı diqqət çəkib. Qeyd edək ki, təsnifat mərhələsi martın 7-də XIX turdan təxirə salınan oyunlarla yekunlaşacaq.

3 mart

“Rəvan”– “Qəbələ” - 0:4
Qol: Viktor Mendi, 4; Yannik Kamanan, 7; 25, Deon Barton, 84
Qırmızı vərəqə: İvan Vasilyev, 77 (2-ci sarı vərəqə)
Bakı. “Dalğa Arena” stadionu
İlk dövrədəki oyun – 3:2.

“Qarabağ” – AzAL - 1:0
Qol: Rauf Əliyev, 81
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 1:3.

“Bakı” – “İnter” - 1:0
Qol: Junior Xavier Vilson, 12
Qırmızı vərəqə: Elvin Məmmədov, 69 (birbaşa)
İlk dövrədəki oyun – 3:0 (texniki qələbə).

“Sumqayıt” – “Xəzər Lənkəran” - 0:3
Qol: Eder Bonfim, 28; Andrey Mureşan, 40; Katalin Doman, 68
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
İlk dövrədəki oyun – 1:2

“Kəpəz” – “Simurq” - 2:0
Qol: Şahin Kərimov, 34; Yuri Fomenko, 68
Gəncə. Şəhər stadionu.
İlk dövrədəki oyun - 2:4.

“Turan” – “Neftçi” - 0:1
Qol: Rəşad Abdullayev, 69
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 0:1.

Xəbər 879 dəfə oxundu.