Futzalçılarımız Türkiyə millisi ilə qarşılaşa bilər
Azərbaycan futzal yığması dünya çempionatının pley-off mərhələsində Rusiya ilə oyunun hazırlığına gələn həftə başlayacaq. İdman.com.az saytının məlumatına örə, bu haqda apasport.az-a AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev məlumat verib.

Toplanışın martın 9-da başlayacağını bildirən Xudiyevin sözlərinə görə, Bakıda bir araya gələcək millimizin xaricə yollanmaq variantı da mövcuddur: “Ola bilsin ki, yığmamız Türkiyədə yollanıb, 2 yoldaşlıq görüşü keçirdi. Bu, rəsmi oyunlar öncəsi sınaq xarakteri daşıyacaq. Türkiyəyə səfər martın 15-16-da reallaşa bilər. Ancaq bu, hələ təsdiqlənməyib. Çünki qarşı tərəfdən rəsmi cavab gözləyirik. Onlar oyunların tarixini dəqiqləşdirəndən sonra bizə rəsmi məlumat verəcəklər ki, buna uyğun planlarımızı, uçuşun vaxtını müəyyənləşdirəcəyik. Hazırlıq planı gələn həftənin ilk günündə təsdiqlənməlidir”.

Qeyd edək ki, yığmamız dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda ruslarla ilk oyununu martın 27-də evdə, cavab matçını aprelin 9-da səfərdə keçirəcək. Rusiyanın Mini-Futbol Assosiasiyası AFFA-ya göndərdiyi rəsmi məktubda ev oyununu həmin tarixdə saat 21:00-da Tümendə keçirəcəyini göstərib.


Xəbər 938 dəfə oxundu.