"Yuventus" Bonuççi ilə yeni müqavilə imzalayıb
İtaliyanın “Yuventus” klubu futbolçusu Leonardo Bonuççi ilə yeni müqavilə imzalayıb.

29 yaşlı italiyalı müdafiəçinin müqavilə müddəti 2021-ci il iyunun 30-dək uzadılıb. Yeni sözləşməyə əsasən, L.Bonuççi ilinə 4,5 milyon avro qazanacaq.

Xatırladaq ki, İtaliya millisinin üzvü 2010-cu ildə B seriyasının “Bari” klubundan Turin təmsilçisinə transfer edilib.

Xəbər 739 dəfə oxundu.