Karlos Tevez "Bona Xuniors" da son oyununu keçirib
Futbol üzrə Argentina millisinin sabiq üzvü Karlos Tevez “Boka Xuniors”da son oyununu keçirib.

32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək. Klubun adı açıqlanmasa da, yaxın günlərdə Tevezlə ikiillik müqavilə imzalanacağı qeyd edilib.

Xatırladaq ki, bu yaxınlarda İspaniya mətbuatı Çin klublarından birinin argentinalı hücumçuya illik 40 milyon avro qazanacağı müqavilə təklif etdiyini yazmışdı.


Xəbər 708 dəfə oxundu.