«5 mart – Bədən Tərbiyəsi və İdman günü»nə tədbir keçiriləcək
Birisigün Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev Sarayının qarşısındakı parkda «5 mart – Bədən Tərbiyəsi və İdman günü»nə həsr olunmuş tədbir keçiriləcək. Toplantı saat 14:00-dan 16:00-dək davam edəcək. Tədbir zamanı aşağıdakılar nəzərdə tutulub:

1.Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyulması
2.Veteran idmançılarla gorüş və onların mükafatlandırılması
3.Bir sıra idman işçilərinin «Fəxri Bədən Tərbiyəsi və İdman işçisi» adları ilə təltif edilməsi
4.30 idman növlərinin idmançılarının nümunəvi çıxışları
5.Olimpiya və qeyri-olimpiya növləri haqqında pavilyonların nümayişi

Xəbər 3254 dəfə oxundu.