Avropada ilin ən yaxşı hakimləri bəlli olub
Avropada ilin ən yaxşı hakimləri bəlli olub.

İngiltərəli Mark Klattenburq 110 xalla qitənin ən yaxşısı seçilib.

Polşalı Şimon Marçinyak 86 xalla 2-ci olub. 70 xal toplayan sloveniyalı Damir Skomina 3-cü yeri tutub.

Azərbaycan hakimi Əliyar Ağayev isə “İlin parlayan ulduz hakimi” adına layiq görülüb. 29 yaşlı hakim 2016-cı ildəki irəliləyiş üçün bu ada sahib olub. O, son bir ildəki inkişafına görə Avropada ən yaxşı hesab edilib.

Xəbər 661 dəfə oxundu.