Şəhriyar səsvermədə 3-cüdür
Bu il Moskvada 7-ci Tal Memorialı iyunun 7-dən 19-dək keçiriləcək. İdman.com.az saytının məlumatına görə, bu il ilk dəfə yarışın 1 iştirakçısı internet səsverməsi nəticəsində seçiləcək. 6 şahmatı turnirdə iştirakını artıq təsdiqləyib. Bunlar Maqnus Karlsen, Vladimir Kramnik, Teymur Rəcəbov, Levon Aronyan, Hikaru Nakamura və Fabiano Karuanadır. Daha 3 nəfər sonradan seçiləcək. Sonuncu – 10-cu iştirakçını isə Rusiya Şahmat Federasiyası özünün russiachess.org saytında keçirdiyi səsvermədə müəyyən edəcək.

Namizədlər sırasına Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla yanaşı, Hao Vanq (Çin), Qata Kamski (ABŞ), Ruslan Ponomaryov (Ukrayna), Maykl Adams (İngiltərə), Aniş Giri (Niderland), Le Kuanq Lem (Vyetnam), Yudit Polqar (Macarıstan), Aleksey Şirov (Rusiya), Bahadur Cobava (Gürcüstan), Emil Sutovski (İsrail), Lük MakŞeyn (İngiltərə) Xou İfan (Çin) var.
Hazırda səsvermədə Le Kuanq Lem 24,64 faiz göstərici ilə (3510 səs) öndədir. Lük MakŞeyn 20,24 faizlə (2884) 2-cidir. Şəhriyar Məmmədyarov 15,34 faizlə 3-cü pillədədir. Ona 2186 nəfər səs verib.

Xəbər 926 dəfə oxundu.