Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində daha iki oyun keçirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində daha iki oyun keçirilib.

“Sumqayıt” öz meydanında “Zirə” ilə qarşılaşıb. Turnir cədvəlində qonşu olan komandalar üçün böyük əhəmiyyət kəsb edən matçda meydan sahibləri üç xal qazanmağı bacarıblar. “Sumqayıt”ın qələbə qolunu oyunun 15-ci dəqiqəsində Mirabdulla Abbasov vurub - 1:0.

Eyni vaxtda Mərdəkanda yerləşən “Dalğa Arena”da “Neftçi” komandası AZAL ilə üz-üzə gəlib. Premyer Liqada uğursuz çıxış edən və turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların duelindən qonaqlar minimal hesablı qələbə ilə ayrılıblar – 1:0. AZAL-ın heyətində David Canelidze 79-cu dəqiqədə adını tabloya yazdırıb. Görüşün nəticəsindən asılı olmayaraq komandaların turnir cədvəlində mövqeyi dəyişməyib. “Təyyarəçilər” (8 xal) ikinci dövrənin son matçında qazandığı ilk qələbə sayəsində “Neftçi” ilə xal fərqini 1-ə endirə bilib.

Xəbər 698 dəfə oxundu.