U-18 voleybol komandamız EEVZA çempionatında çıxış edir | |
Estoniyanın Juri şəhərində 18 yaşadək kişi voleybolçulardan ibarət milli komandalar arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatı keçirilir. Azərbaycan millisi turnirdə iki oyun keçirib. Komandamız Polşa və Estoniya yığmalarına 0:3 hesabı ilə məğlub olub. Komandamız yarışda növbəti görüşünü Ukrayna millisinə qarşı keçirəcək. Yarış 2017-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır. |
|
Xəbər 650 dəfə oxundu. |
|
|