Pyerr-Emerik yubiley qolunu vurub
Almaniyanın “Borussiya Dortmund” futbol komandasının hücumçusu Pyerr-Emerik Obameyanq yubiley qolunu vurub.

Qabonlu forvard buna Bundesliqanın XV turu çərçivəsində “Hoffenhaym”la keçirilən qarşılaşmada nail olub. Belə ki, 2:2 hesabı ilə nəticələnən görüşdə bir dəfə fərqlənən futbolçu “Borussiya”nın heyətində 100-cü qolunu vurub.

Bununla yanaşı, Bundesliqada vurduğu qolların sayını 16-ya çatdıran Qabon millisinin üzvü ardıcıl ikinci mövsümün ilk on beş turunda on altı qol vuran birinci futbolçu olub.

Xatırladaq ki, Obameyanq 2013-cü ildə Fransanın “Sent-Etyen” klubundan Dortmund “Borussiya”sına transfer olunub.

Xəbər 871 dəfə oxundu.