"Qəbələ" daha bir oyunçusunu itirib
Bu mövsüm zədəli futbolçuların çoxluğundan əziyyət çəkən “Qəbələ” daha bir oyunçusunu itirib.

Bu, Topaz Premyer Liqasının XIV turunda “Kəpəz”lə keçirilən qarşılaşmada baş verib.

Qəbələdə keçirilən görüşün əvvəllərində zədələnən Elvin Camalov mübarizəni davam etdirə bilməyib. Nəticədə yarımmüdafiəçi qarşılaşmanın 20-ci dəqiqəsində digər gənc futbolçu Roman Hüseynovla əvəzlənib.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən görüşdə “Qəbələ” 1:0 hesabı ilə öndədi.

Xəbər 714 dəfə oxundu.