Vüqar Əsgərov Latviyada ilin futbolçusu seçilib
Azərbaycanlı hücumçu Vüqar Əsgərov Latviyada ilin futbolçusu seçilib.

Bu barədə təcrübəli forvard özü məlumat verib. O, klub məşqçiləri, mətbuat və Latviya Futbol Federasiyasının nümayəndələri arasında aparılan sorğuya əsasən mövsümün ən yaxşısı seçilib.

Qeyd edək ki, son mövsümü “Olayne” klubunda keçirən V.Əsgərov 40 qol vurmaqla yanaşı, həm də birinci divizionun simvolik heyətinə düşüb.


Xəbər 841 dəfə oxundu.