Qəbələ qış çempionu oldu
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 14-cü tura yekun vurulub. Son oyun günündə üç qarşılaşma baş tutub.

“Sumqayıt” doğma meydanda “Zirə”yə uduzub. “Qarabağ” “İnter”lə qarşılaşmada heç-heçəyə razılaşıb.

“Qəbələ” isə “Kəpəz”i darmadağın edərək qış çempionu olub.

Əvəzedicilərin çempionatı
14-cü tur
16 dekabr

“Sumqayıt” - “Zirə” - 2:3
Qollar: Aqşin Hüseynov, 39. Xaliq İbrahimov, 78-pen. - Sahil Cəfərov, 1. Müşfiq İlyasov, 56. Muxtar Əliyev, 63.

“Qəbələ” - “Kəpəz” - 4:1
Qollar: Qismət Alıyev, 15. Fərid Nəbiyev, 31. Ülvi İsgəndərov, 53; 83. - Əli Səmədov, 22.

“Qarabağ” - “İnter” - 0:0

Xəbər 754 dəfə oxundu.