Qranatkin turnirinə qatılacaq millimizin rəqibləri müəyyənləşib
Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq turnirin püşkü atılıb.

Turnirdə Azərbaycanı təmsil edəcək 19 yaşadək futbolçulardan ibarət milli komanda “C” qrupuna düşüb. Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Litva, Slovakiya və Qazaxıstana rəqib olub.

Tacikistan, Yunanıstan, Bolqarıstan və Estoniya “A”, Latviya, Belarus, Rusiya və Hindistan “B”, Moldova, Sloveniya, İran və Sankt-Peterburq isə “F” qrupunda yer alıblar. Oyunların təqvimi yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, turnir 2017-ci il yanvarın 7-dən 22-dək Sankt-Peterburq İdman-Konsert Kompeksində təşkil olunacaq.

Xəbər 658 dəfə oxundu.