Keçmiş bakılı qadın şahmatçıları Tiflisə toplayır
Gürcüstan hökuməti qadınlar arasında sürətli şahmat və blits üzrə dünya çempionatının təşkilini öz üzərinə götürmək istəyir. İdman.com.az saytının xəbərə görə, bu barədə məlumatı Şahmat Peşəkarları Assosiasiyasının prezidenti, keçmiş bakılı Emil Sutovski bəyan edib. ŞPA-na edilən müraciətdə turnirə 100 min dollarlıq mükafat fonduna təminat verilir. Yarış mayın 30-dan iyunun 6-dək keçirilməlidir. Tiflis şəhərinin təşkilatçılığı yaxın iki həftəyə təsdiqlənməlidir.

Xəbər 1015 dəfə oxundu.