“Barselona” klubu Luis Suareslə yeni müqavilə bağlayıb
Dekabrın 16-da İspaniyanın “Barselona” futbol klubu uruqvaylı hücumçu Luis Suareslə yeni müqavilə bağlayıb.

Yeni müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.

2014-cü ildə İngiltərənin “Liverpul” komandasından “Barselona”ya transfer edilən L.Suaresin hazırkı müqaviləsinin müddəti 2019-cu ildə başa çatır.

Forvard klubun heyətində 116 oyuna 97 qol vurub.

Xəbər 675 dəfə oxundu.