Millimizin üzvü "fair-play" nümunəsi göstərib
İyirmi bir yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvü, karyerasını Türkiyənin “1207 Antalyaspor Döşəməaltı Bələdiyyəspor” futbol klubunda davam etdirən Aysun Əliyeva “fair-play” nümunəsi göstərib.

19 yaşlı futbolçu “Kireçburnu”-“1207 Antalyaspor Döşəməaltı Bələdiyyəspor” oyunu zamanı zədələnən və meydanı tərk etməkdə çətinlik çəkən rəqib komandanın futbolçusu İjeoma Queenth Danielsi kürəyinə alaraq, meydandan çıxarıb.

Qeyd edək ki, A.Əliyeva 2012-ci ildə ölkəmizdə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatında millimizin heyətində çıxış edib.


Xəbər 657 dəfə oxundu.