Almaniya klubları maraqlı addım atıblar
Almaniyanin futbol komandaları qış təlim-məşq toplanışını Antalyada keçirməməyə qərar veriblər.

Səbəb isə bu yaxınlarda Türkiyədə baş vermiş terror hadisəsidi.

Maraqlıdı ki, bu qərarı Almaniyanın yalnız 1 klubu dəstəkləməyib. III liqa təmsilçisi “Rot-Vayss” Antalyada toplanış keçməyi planlaşdırır. Bu isə o deməkdi ki, qışda Antalyaya yollanacaq Azərbaycan klubları “Rot-Vayss” istisna olmaqla, Almaniyanın heç bir komandası ilə yoxlama matçı keçirə bilməyəcək.

Xəbər 704 dəfə oxundu.