Sabah Kəpəz Qəbələyə yollanacaq
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə səfər oyunundan sonra bir gün istirahət edən “Kəpəz” bu gün Bakıda məşqləri bərpa edib. Komanda Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ” ilə rəqib meydanında keçirəcəyi oyuna hazırlaşır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşqə çıxan “sarı-göylər” sabah Qəbələyə yollanacaq. Gəncə klubu çempionat matçı öncəsi son məşqinə Qəbələ şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.

Xəbər 654 dəfə oxundu.