Bakının "Azərreyl" voleybol klubu Çempionlar Liqası yarışlarına qələbə ilə başlayıb
Dekabrın 15-də Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.

“Azərreyl” komandası Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasını qəbul edib.

Serbiyalı baş hakim İvan Lazareviçin idarə etdiyi oyunun ilk seti Bakı təmsilçisinin 25:21 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci setdə “Dabrova Qornitsa” hesaba tarazlıq gətirib – 25:15.

Təşəbbüsü ələ alan Bakı təmsilçisi ardıcıl iki setdə - 25:21 və 28:26 hesablı qələbə qazanıb.

Beləliklə, görüş 3:1 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb.

“C” qrupunun digər oyununda Fransanın “Sen-Rafael” komandası Türkiyənin “Fənərbağça” klubunu qəbul edəcək.

Xəbər 897 dəfə oxundu.