İnterdə Qarabağla matç öncəsi 4 itki
"İnter" Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyuna hazırlığı davam etdirir. Bu görüşü cəza səbəbindən Adrian Skarlatakenin buraxacağı öncədən bəlli idi.

Sarı vərəqə limitini aşan Səlahət Ağayev, İlkin Qırtımov və Pərdis Fərcad-Azad da növbəti matçda meydana çıxmayacaq.

Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı dekabrın 17-də "Azərsun Arena"da keçiriləcək.

Xəbər 832 dəfə oxundu.