Qrapplinq üzrə açıq Bakı kubokunun qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən qrapplinq üzrə açıq Bakı kuboku keçirilib.

Yarışda idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Teymur Kərimli (42 kq), Mahir Sadıqov (46 kq), Toğrul İbrahimov (54 kq), Kamran Qəmbərov (58 kq), Şahin Xanıyev (63 kq), Hüseyn İsmayılov (69 kq), Əlisərdar Talıbov (76 kq), Kamil Ağazadə (85 kq) və Əkbər Nəbiyev (85 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 771 dəfə oxundu.