“Qarabağ” komandası “Sumqayıt”la qarşılaşmada iki yubiley rəsmiləşdirib
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”-“Sumqayıt” matçı Ağdam təmsilçisi üçün iki yubileylə yadda qalıb.

Görüşdə 6:0 hesabı ilə qalib gələn ağdamlılar ölkə kubokunda 50-ci ev qələbəsini qazanıblar.

Komandanın gənc oyunçularından Mahir Mədətovun rəqib qapısından keçirdiyi dördüncü top klubun 150-ci ev qolu olub. “Köhlən atlar”ın evdəki məhsuldarlığı 2,375-ə bərabərdir.

Ağdam klubu Azərbaycan kubokunda 152 dəfə fərqlənib, öz qapısından isə cəmi 30 top buraxıb.

“Qarabağ” ölkə kuboku oyunları çərçivəsində öz meydanında ən çox qol vuran və qələbə qazanan klubdur.

Xəbər 929 dəfə oxundu.