PFL Kəpəz - Qəbələ matçının məkanını dəyişdi
“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Gəncə şəhər stadionunun 4 gün ərzində 2 oyun qəbul edəcəyi təqdirdə, ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və 14-cü turun oyununun yerinin dəyişdirilməsini xahiş edib.

Yuxarıda göstərilənləri və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:

1. Topaz Premyer Liqasının 14-cü turunun “Kəpəz” - “Qəbələ” matçı 17 dekabr tarixində Qəbələ şəhər stadionunda keçirilsin.

2. 14-cü turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.

Xəbər 635 dəfə oxundu.