"Şanxay SİPG" klubu Oskarı transfer edəcək
Çinin "Şanxay SİPG" klubu İngiltərənin "Çelsi" klubunun futbolçusu Oskarı transfer edəcək.

"The Telegraph" saytının verdiyi məlumata görə, artıq tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, hazırda "Şanxay SİPG"ə Andre Villaş-Boaş baş məşqçilik edir.O, "Tottenhem"də çalışdığı vaxtlarda Oskara təklif göndərsə də, futbolçu "Çelsi"yə keçməyə üstünlük verib. 2012-ci ildən London klubunda forma geyinən braziliyalı yarımmüdafiəçi cari mövsümdə 9 oyunda meydana çıxıb və 1 qol ötürməsi verib.


Xəbər 1022 dəfə oxundu.