Millimiz Serbiya, İrlandiya və Kipr yığması ilə qarşılaşacaq
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2017/2018-ci il mövsümü üçün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə görə, millimiz yeddinci qrupda Serbiya, İrlandiya və Kipr ilə qarşılaşacaq.

Qrupun oyunları gələn il oktyabrın 4, 7-də və 10-da İrlandiyada təşkil olunacaq.

Xəbər 636 dəfə oxundu.