“Qəbələ”nin 8 futbolçusu milli komandada
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Dekabrın 15-dən 21-ə qədər Bakıda baş tutacaq hazırlıqlarda “Qəbələ”nin 8 futbolçusu iştirak edəcək. İki hissədən ibarət olacaq toplanışın ilk yarısında bir təmsilçimiz olacaq. Dekabrın 15-17-də gerçəkləşəcək təlimlərə Rüfət Əhmədov qatılacaq. Ayın 19-21-ni əhatə edəcək toplanışda isə “qırmızı-qaralar”ın 7 üzvü hazırlıq keçəcək. Bunlar Vüsal Şabanov, Mahir Həsənov, Nemət Şıxəmirov, Nazim Həsənzadə, Rauf Məhərrəmov, Samir Məhərrəmli və Veysəl Rzayevdir.

Xəbər 756 dəfə oxundu.