Özbəkistanlı gimnastın adı Ginnesin Rekordlar Kitabına düşüb
Özbəkistanlı gimnast Oksana Çusovitinanın adı Olimpiya Oyunlarında iştirak edən ən yaşlı gimnast kimi Ginnesin Rekordlar Kitabına düşüb. 41 yaşlı gimnast dünyada yeganə idmançıdır ki, Olimpiya Oyunlarında indiyədək yeddi dəfə iştirak edib və dünya rekordunu təzələyib.

Dekabrın əvvəlində isə idmançı Meksikada keçirilən beynəlxalq turnirdə iki medal, qızıl və bürünc medal qazanıb.

AZƏRTAC

Xəbər 841 dəfə oxundu.