"Bakılı oğlanlar"dan "Bakı"ya dəstək
"Bakı" klubu "Bakılı oğlanlar"ın ("Parni iz Baku" KVN teatrı) hədəfinə düşüb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, daim incə yumor və sarsıdıcı satiraları ilə seçilən və sevilən "Bakılı oğlanlar" növbəti verilişlərinin məkanı kimi paytaxt təmsilçisi və onun futbol akademiyasını seçib.

Onların hazırlığı "Planet Parni iz Baku" adlı verilişi geniş təqdimata ehtiyac olmayaraq, populyarlıq qazanıb. Onun növbəti 3 buraxılışı klubun dəstəyi və sponsorluğu ilə çəkilib.
Hamının sevimliləri olan Tahir və Cabir İmanov qardaşlarının "Bakı"nın təlim-məşq bazasından hazırladığı ilk veriliş bu gün saat 21:15-də "Space" telekanalında efirə gedəcək.

Xəbər 1002 dəfə oxundu.