U-17 millimizin rəqibləri məlum olub
Dekabrın 13-də İsveçrənin Nyon şəhərində 2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub.

52 komanda on üç qrupa bölünüb.

On birinci qrupda yer alan Azərbaycan millisinin rəqibləri İrlandiya, Ukrayna və Bolqarıstan yığmaları olub.

Seçmə mərhələnin oyunları gələn ilin payızında keçiriləcək və noyabrın 19-dək davam edəcək. Bu mərhələdə ilk iki yerin sahibi və qrup üçüncüləri arasında ən yaxşı nəticəyə malik dörd komanda 2018-ci ilin yazında keçiriləcək elit-raundda mübarizə aparmaq hüququ əldə edəcəklər.

Final mərhələsinin ev sahibi İngiltərə və turnirə elit-raunddan qoşulacaq Almaniya ilə Portuqaliya seçmə mərhələdə iştirak etməyəcək.

Xəbər 791 dəfə oxundu.