Qəbələ Rusiya klubları ilə qarşılaşa bilər
"Qəbələ" qış hazırlıq planlarını müəyyənləşdirməyə davam edir. Roman Qriqorçuk yanvarın 9-da komandasını Türkiyəyə aparacaq.

Belek bölgəsində hazırlıq keçəcək komanda orada ayın 25-dək qalmağı planlaşdırır. Bu müddət ərzində Qəbələ təmsilçisi 4 yoxlama matçı keçirəcək. Hələlik, rəqiblərin kimliyinə aydınlıq gəlməyib. Hazırda Rusiya, Slovakiya və Albaniya klubları ilə danışıqlar aparılır.

Xəbər 671 dəfə oxundu.