Pencak-silat döyüş növü üzrə 17-ci dünya çempionatına yekun vurulub
İndoneziyanın Bali adasında pencak-silat döyüş növü üzrə 17-ci dünya çempionatına yekun vurulub.

41 ölkədən 700 idmançının mübarizə apardığı mundialda Azərbaycan millisinin üzvü Elxan Cəfərov gümüş medal qazanıb. Yarışda 55-60 kiloqram çəki dərəcəsində mübarizə aparan döyüşçümüz finaladək inamla irəliləyib. Həlledici görüşdə yerli idmançıya məğlub olan E.Cəfərov dünya çempionatını ikinci pillədə başa vurub.

Balidəki Lila Buana Arenada təşkil olunan yarışda idmançımız milli komandanın baş məşqçisi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 1142 dəfə oxundu.